Satılır 3 otaqlı yeni tikili 81 m², 20 Yanvar m.
Avant Park yaşayış kompleksində satışa çıxarılan bu mənzil müasir həyat tərzini və rahatlığı bir araya gətirir.
.
Şərifzadə küçəsində yerləşən mənzil 13 mərtəbəli binanın 11-ci mərtəbəsindədir. Ümumi sahəsi 81 kvadratmetr olan mənzil 3 otaqlı studiya görnüşündə layihələndirilib. Mənzil yeni təmir olunub, ağ divar vəziyyətindədir və zövqünüzə uyğun dizayn etməyə hazırdır.
.
Kommunikasiya baxımından heç bir problem yoxdur – qaz, su və işıq daimidir. İstilik sistemi kombidir. Sənəd hal-hazırda müqavilədir, yaxın zamanda çıxarış (kupça) veriləcək.
.
Avant Park şəhərin ən yeni və müasir yaşayış komplekslərindən biridir. Kompleksin ətrafında bütün lazımi iaşə və xidmət obyektləri mövcuddur. 20 Yanvar metrosuna cəmi 5 dəqiqəlik məsafədə yerləşməsi isə əlavə üstünlük yaradır.
.
Bu mənzil həm şəxsi yaşayış, həm də investisiya üçün ideal seçimdir. Ərazidə bu tip mənzillərə yüksək tələbat var və dəyərini stabil şəkildə qoruyur.
.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlayın.
Ofis xidmət haqqı: Alıcı tərəfindən 1%






















































































































































